Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 17:54
Bəzi Qərb ölkələrinin liderlərinin əvəzlənməsinin Rusiya üçün müsbət dəyişikliyə səbəb olacağına inanmamalısınız. Boris Conson və Co Baydeni başqası əvəzləyə bilər, lakin bu, o ölkələrin siyasətini dəyişməyəcək.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Karen Şahnazarov Rusiyanın "Rossiya" kanalında yayımlanan "Vladimir Solovyovla axşam" verilişinin efirində deyib.
"Onlar gedəcək, başqaları gələcək. Hər şeyin dəyişəcəyinə zəmanət haradadır? Əksinə, hər şey daha da pisləşə bilər, çünki Qərbin konkret marağı var - Rusiyanı ləğv etmək! Yeri gəlmişkən, bu, onların uzunmüddətli marağıdır. Bu gün onların bunu reallaşdırmaq imkanı var. Onların bu siyasətdən əl çəkmələrinin yeganə yolu məğlub olmalarıdır. Amma Rusiya kimi Qərbin tam məğlubiyyəti mümkün deyil. Rusiya və Qərb belə bir statusda yaşamağa məhkumdur. Söhbət başqa maraqlardan gedir...
Dünya şirin su ehtiyatlarının 40 faizi Rusiyadadır. 10 ildən sonra bəşəriyyəti nə gözlədiyini bilə-bilə Qərbin Rusiyanı ləğv etmək istəyinin əsas məqsədinin bu ölkənin resurslarına çatmaq olduğunu güman etmək olar", - deyə o qeyd edib.