Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb” - Putin

Tarix: 7 Iyul 2022 23:10

"Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının rəhbərliyi və fraksiya liderləri ilə görüşdə deyib.

"Hamı bilməlidir ki, biz, ümumiyyətlə, hələ heç nəyə başlamamışıq", - Rusiya lideri əlavə edib.

Eyni zamanda, Prezident qeyd edib ki, Rusiya sülh danışıqlarından imtina etmir, lakin nə qədər uzağa getsə, danışıqlar bir o qədər çətin olacaq.

"Bu gün eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər. Qoy cəhd etsinlər", - Putin Qərbin Rusiya üzərində hərbi qələbəsi barədə bəyanatına cavab olaraq bildirib.

Milli.Az


Etiketlər:  Rusiya Ukraynada hələlik ciddi heç nəyə başlamayıb Putin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ