Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dilarə Samirə ilə Safuranı danışdırmadığını dedi - Şəbnəmi isə... - VİDEO

Dilarə Samirə ilə Safuranı danışdırmadığını dedi - Şəbnəmi isə... - VİDEO

Tarix: 11 Iyul 2022 13:05

Müğənni Dilarə Kazımova həmkarları haqda söylədiyi kəlmələrlə diqqətləri üzərinə cəmləyib.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qonaq olduğu "Şourum" maqazin verilişində həmkarlarının oxuduqları mahnılarını dinləmədiyini etiraf edib.

"Play list" rubrikasında müğənni Samirə Əfəndinin mahnısı təqdim olunub. Dilarə isə nəinki onun ifasını dinləmədiyini, hətta onunla küsülü olduğunu söyləyib.

"Samirəni dinləmirəm. Oxuduğu janr maraqlı deyil. Münasibətlərimiz isə yaxşı deyil".

Digər həmkarı Safura Əlizadənin "Ağla" mahnısını eşidən D.Kazımova "Safura ilə "Avroviziya" seçim turlarında görüşmüşdük. Onunla dost deyiləm. İfalarını dinləmirəm. 2010-cu ildə müsabiqənin seçim tutları bitdi və münasibətlərimizə son qoyuldu. Ondan sonra da rast gəlməmişik" deyə cavab verib. 

"Play list"də ifası təqdim olunan müğənni Şəbnəm Tovuzlu ilə Dilarə tanış olduğunu bildirsə də, lakin janr fərqli olduğundan mahnılarını qulaq asmadığını deyib.

"Şəbnəmlə tanışam, yaxşı münasibətimiz var. Sadəcə Şəbnəmin ifaları üslubum deyil. Bilirəm ki, Şəbnəmin çoxlu pərəştişkarları var".

Milli.Az


Etiketlər:  Dilarə Samirə ilə Safuranı danışdırmadığını dedi Şəbnəmi isə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ