Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib

Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib

Tarix: 22 Sentyabr 2019 14:06

Bakı. Trend:

Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verilib.

Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu gün səhər saat 8 dən etibarən Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında Azərbaycan və xarici bayraq altında üzən gəmilərin hərəkətinə, limanlara giriş çıxışına icazə verilib.

Bildirilir ki, hazırda dənizdə küləyin sürəti 15 – 18 metr saniyədir. Axşama doğru küləyin sürətinin azalaraq 11 – 12 metr saniyə olacağı bildirilir. Dənizdə dalğanın hündürlüyü 1,5 – 2 metr arasındadır. Güclü külək ərəfəsində isə dənizdə heç bir problem yaşanmayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ