Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Serialı yayımlanmamış final edəcəyi deyildi

Serialı yayımlanmamış final edəcəyi deyildi

Tarix: 13 Iyul 2022 09:55

Türkiyəli aktyor Ogeday Girişkenin yeni layihəsi bəlli olub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, aktyor "O kız" adlı serialda baş rollardan birini ifa edəcək. Layihədə Ogedayın tərəf müqabili Dilin Döğer canlandıracaq. Ekran işində Ogeday "Ozan", Dilin isə "Zeynep" obrazına həyat verəcək.

Lakin "Survivor" iştirakçılarından olan Ogedayın serialda rol alması sosial media izləyiciləri tərəfindən bəyənilməyib. Onun ünvanına "Bu qədər peşəkar aktyor varkən, Ogeday niyə? Acunun (red. - sözügedən layihənin rəhbəri, aparıcısı Acun Ilıcalı) salam verdiyi məşhur olur", "Aktyor bitib deyəsən", "2 bölümdən sonra finaldır", "Ogeday aktyor deyil, final görünür, bacarmayacaq" kimi şərhlər yazılıb.

Qeyd edək ki, Ogeday sonuncu dəfə "Alparslan: Büyük Selçuklu" serialında rol alıb.

Milli.Az


Etiketlər:  Serialı yayımlanmamış final edəcəyi deyildi


RƏYLƏR