Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sevgi tok-şousunun iştirakçısından DƏHŞƏTLİ ƏMƏL: onunla birgə yaşayan qızı doğradı

Sevgi tok-şousunun iştirakçısından DƏHŞƏTLİ ƏMƏL: onunla birgə yaşayan qızı doğradı

Tarix: 13 Iyul 2022 18:46

Ukraynada məhəbbətdən bəhs edən tok-şouun iştirakçısı birgə yaşadığı qızı doğrayaraq öldürüb.

Milli.Az bildirir ki, Ukrayna Milli Polisinin Kiyev vilayəti üzrə Baş İdarəsinin saytının məlumatına görə, cinayətkar qızın bir neçə orqanını kəsərək dondurub, cəsədin qalan hissəsini isə çölə atıb.

Qətldə şübhəli bilinərək sevgi ilə bağlı verilişin iştirakçısı, 36 yaşlı hüquqşünas saxlanılıb. Müşahidə kameraları onun bir neçə gün dalbadal evdən şübhəli əşyaları necə çıxardığını və kameralardan yayınmağa çalışaraq müxtəlif yerlərə atdığını qeydə alıb.

Polis şübhəlinin evində axtarış apararkən soyuducuda qətlə yetirilən qadının meyitini tapıb. Hücum edən şəxs mərhumun dilini, böyrəyini və ürəyini kəsərək dondurub. Kişi izah edib ki, onunla qadın arasında münaqişə yaranıb, bu səbəbdən yeni tanışını boğub və cinayətin izini gizlətmək üçün meyiti parçalara ayırıb. Şübhəli şəxs qalıqları zibilliklərə aparıb, qollarını və ayaqlarını səyahət çantasına qoyub gölə atıb.

Məlum olub ki, ölən 39 yaşlı Kramatorsk sakinidir. Yazda qadın Polşadan Kiyev bölgəsinə gəlib və şəxsi həyat qurmağı planlaşdırdığı yeni tanışının evində məskunlaşıb. Onu geyindiyi brend paltarına görə tanıyıblar.

Hücum edən şəxs müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. O, qəsdən adam öldürməkdə, habelə qanunsuz silah gəzdirməkdə şübhəli bilinir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Sevgi tok şousunun iştirakçısından DƏHŞƏTLİ ƏMƏL onunla birgə yaşayan qızı doğradı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ