Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 22:46
Amerika Birləşmiş Ştatlarının Mayami əyalətində atası tərəfindən avtomobildə unudulan uşaq 38 dərəcədən yuxarı temperaturda havasızlıqdan ölüb.
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, məktəbdə işləyən 42 yaşlı Menaxem Mendel Tauber oğlunu işə gedərkən özü ilə aparıb. Lakin onu maşında unudub. Atası oğlunu unutduğunun fərqinə çox gec varıb. Ailə 3 yaşlı Şalom Tauberi xəstəxanaya çatdırsa da, azyaşlının həyatını qurtarmaq mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ekspertiza rəyində isə uşağın əllərində və ya ayaqlarında heç bir qançır tapılmadığı və onun havasızlıqdan öldüyü qeyd olunub.