Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Maska rejiminə geri qayıdın" - ÜST

Tarix: 14 Iyul 2022 08:14

Koronavirusun yeni ştammlarına yoluxma hallarının artması səbəbindən dünya COVID-19 ilə mübarizənin yoxlanılmış üsullarına qayıtmalıdır.

Bunu "Sky News" telekanalına müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, insanlar yenidən maskalar taxmalı, hökumətlər isə COVID-19 üzrə kütləvi test təcrübəsinə qayıtmalıdırlar.

Narahatedici əlamət olaraq koronavirusa yoluxanlar arasında xəstəxanaya yerləşdirmə və ölüm hallarının sayının artmasını vurğulayan Qebreyesus ölkələrin hökumətlərini "maskaların taxılması, qapalı yerlərin ventilyasiyasının artırılması, test və müalicə üçün protokollar da daxil olmaqla sınanmış və özünü sübut etmiş tədbirləri tətbiq etməyə" çağırıb.

Onun sözlərinə görə, pandemiya "bitməyə yaxın belə deyil".

Milli.Az


Etiketlər:  Maska rejiminə geri qayıdın ÜST


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ