Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hibrid avtomobillərin satışı vergiyə cəlb olunur?

Hibrid avtomobillərin satışı vergiyə cəlb olunur?

Tarix: 14 Iyul 2022 23:12

Avtomobil satışı ilə məşğul olan müəssisə 5 hibrid avtomobil idxal edib. Həmin avtomobillərin cari təmir işləri görülməklə satışı həyata keçirilərsə, bu zaman ƏDV öhdəliyi yaranırmı?

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır.

Bununla yanaşı, istehsal tarixi 3 ildən yuxarı olan hibrid avtomobillərin satışı isə ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur.


Etiketlər:  Hibrid avtomobillərin satışı vergiyə cəlb olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ