Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2022 08:54
Gəncədə bir müddət öncə ağır qəza keçirən polis mayoru vəfat edib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi Qubad Qasımov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, polis mayoru bir müddət əvvəl yol nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər almışdı.
Faktı DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan saytımıza təsdiq ediblər.