Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq

Prezident İlham Əliyev: Bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq

Tarix: 15 Iyul 2022 12:12

Biz bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda qeyd edib.

Dövlət başçısı bildirib:

"Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən qardaş Türkiyənin yanında olaraq və həmrəylik göstərərək bu xəyanətkar dövlət çevrilişi cəhdini ən qəti şəkildə qınamışdır. "Bir millət iki dövlət" prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını sübut edirlər. Biz bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq.

Qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əminəm ki, bir ay əvvəl imzalanmasının birinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz müttəfiqlik hədəflərinə doğru bundan sonra da inamla addımlamağa davam edəcəyik".


Etiketlər:  Prezident İlham Əliyev Bundan sonra bütün məsələlərdə Türkiyənin yanında olacağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ