Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Havada toz dumanı müşahidə olunur

Havada toz dumanı müşahidə olunur

Tarix: 15 Iyul 2022 14:16

Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən bu gün havada dispers toz hissəcikləri Bakının Nizami rayonunda 1.5, Səbail rayonunda 1.4, Xətai rayonunda isə 1,6 dəfə normadan çox olub.

Milli.Az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O deyib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir:

"Belə ki, güclü şimal-qərb küləyinin təsirindən torpağın üst quru səthində formalaşan toz kütlələri ətrafa yayılır".

Gülşad Məmmədova qeyd edib ki, küləkli hava şəraiti günün sonunadək davam edəcək.

"İyulun 17-si axşam saatlarından yenidən şimal küləyinin arabir güclənəcəyi ilə əlaqədar havada tozun miqdarının normadan çox olacağı və 19-u axşamadək davam edəcəyi gözlənilir".

Milli.Az


Etiketlər:  Havada toz dumanı müşahidə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ