Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2022 15:55
"Çukur", "Sefirin Kızı", "Kurtlar Vadisi Pusu", "Uğursuzluq" serialların ssenaristləri Cüneyt Aysan və Ozan Aksunqur bıçaqla təhdid ediliblər.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, ssenaristlərin keçmiş işçisi şirkətə gələrək onları ölümlə təhdid edib. Bundan sonra isə Cüneyt Aysan və Ozan Aksunqur həmin işçidən polisə şikayət ediblər.
Onlar şikayətlərində işə götürdükləri adamı özünü yaxşı aparmadığı üçün çıxardıqlarını deyiblər. Ötən gün isə keçmiş işçilərinin şirkətə gələrək onlara bıçaq çəkdiyini və "məni işə götürəcəksiniz, yoxsa hamısını öldürəcəm" dediyini bildiriblər.
İddia ilə bağlı İstanbul polis idarəsində araşdırma başlanılıb.