Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda bu ərazinin sakinləri çarəsiz vəziyyətdədir - VİDEO

Bakıda bu ərazinin sakinləri çarəsiz vəziyyətdədir - VİDEO

Tarix: 15 Iyul 2022 16:30

Bakıda təxminən 30 ailənin yaşadığı bina uçma təhlükəsi ilə üzləşib.

Binanın daşları ovulur, divarlarında iri çatlar əmələ gəlib. Pilləkənlərlə qalxmaq isə sözün əsl mənasında cəsarət tələb edir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət paytaxtın Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 ünvanındakı dördmərtəbəli binadan gedir.

Sakinlər deyirlər ki, sözügedən bina 130 il əvvəl tikilib, tarix və mədəniyyət abidəsi kimi qeydiyyatdadır. Bina sakinləri iddia edirlər ki, mövcud problemlərlə əlaqədar aidiyyəti qurumları məlumatlandırıblar.

Bina sakini Lətifə Rəsulova birinci mərtəbədə yaşayır. Qadın iddia edir ki, binada su və kanalizasiya boruları da baxımsızlıqdan yararsız hala düşüb.

Bina tarixi olduğundan onlar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat veriblər. Adıçəkilən qurumun mətbuat katibi Nuridə Allahyarova ''Xəzər Xəbər''ə bildirib ki, həmin bina həqiqətən də tarixidir və abidə qisimində dövlət qeydiyyatındadır.

Onun sözlərinə görə, bu məsələdə binanın sökülməsindən söhbət gedə bilməz. Bunun üçün aidiyyəti üzrə bir neçə dövlət qurumunun rəyi və qərarı olmalıdır. Əks halda, tarixi və abidə qismində olan binaya müdaxilə edən şəxslər məsuliyyətə cəlb edilə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Bakıda ərazinin sakinləri çarəsiz vəziyyətdədir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ