Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2022 18:00
Emin Əfəndiyev "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini təyin edilib.
"Azərxalça" ASC-dən verilən məlumata görə, Emin Əfəndiyev 1992- ci ildə Material Ehtiyatları Nazirliyi, "Azərtikinti Materialları" İdarəsində iş fəaliyyətinə başlayıb və 1996-cı ilədək mühəndis, 1-ci dərəcəli iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində fəaliyyətini davam etdirib.
1996-2004-cü illər ərzində "Rossiyskiy Kredit" BKB Rusiya-Azərbaycan birgə Bankında mütəxəssis, şöbə müdiri, departament müdiri, İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədrinin birinci müavini və son 4 ildə İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
2004-2009-cu illərdə "AZAL" SKB (2008-ci ildə adını dəyişdirilərək "Silk Way" SKB olmuşdur) İdarə Heyəti sədrinin müavini, 2009-2015-ci illərdə "Kapital Bank" ASC-nin 1 saylı Binəqədi Filialı və Bankın 1 saylı Səbail filialının müdiri vəzifəsində işləyib.
2015-2018-ci illərdə "MBA-Moskva" Azərbaycan Beynəlxalq Bankın Rusiya Federasiyasının törəmə bankında İdarə Heyətinin sədri vəzifəsində iş fəaliyyətini davam etdirib.
2018-2021-ci illərdə "Azərpoçt" MMC-nin baş direktoru olub. 2021-ci ilin 12 oktyabr tarixindən etibarən "Azərxalça" ASC İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.