Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2022 15:22
"Milan" "Brügge"nin futbolçusu Şarl de Keteların transferində israrlıdır.
Sonxeber.net-ın apasport.az-a istinadən məlumatına görə, İtaliya çempionu 21 yaşlı hücumçunun keçidi üçün belçikalılarla danışığa başlayıb.
"Rossonyerlər" Belçika millisinin üzvünə görə, qarşı tərəfə 30 milyon avro və əlavə 5 milyon bonus təklif edib. Bir neçə gün əvvəl "Milan"ın 27 milyon avroluq təklifini rədd edən "Brügge" bu dəfə qərarını qətiləşdirməyib. Futbolçu özü isə italyanlarla 5 illik müqavilənin şərtlərini razılaşdırıb.
Qeyd edək ki, Şarl de Ketelar İngiltərə klublarının da maraq dairəsindədir.