Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Volqoqrad aeroportunda terror təhlükəsi

Volqoqrad aeroportunda terror təhlükəsi

Tarix: 17 Iyul 2022 23:42

Rusiyanın Volqoqrad şəhərinin aeroportu mina xəbərinə görə təxliyə edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Volqoqrad Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, bir neçə saat əvvəl aerovağzal kompleksinin minalanması barədə məlumat daxil olub. Təlimata uyğun olaraq sərnişinlər və işçilər təxliyə edilib, müvafiq yoxlama aparılıb.

Mina qoyulması barədə xəbər əsassız olduğu üçün aeroport yenidən fəaliyyətini bərpa edib. Hazırda hava limanı gündəlik rejimində fəaliyyət göstərir.

Milli.Az


Etiketlər:  Volqoqrad aeroportunda terror təhlükəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ