Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2022 16:24
Türkiyənin Samsun şəhərində idarəetməni itirən taksi sürücüsü avtomobili qoruyucu dirəklərə və yol kənarında olan zibil konteynerinə çırpıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Hadisə vaxtı yoldan keçən iki piyada yalnız xoş təsadüf nəticəsində faciədən qurtula biliblər.
Zərbənin gücündən qoruyucu dirəklər və zibil konteynerləri yol kənarında olan mağazaların şüşələrini qıraraq içəriyə daxil olub.