Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Canlı yayım zamanı efirdə yarıçılpaq kişi peyda oldu - VİDEO

Canlı yayım zamanı efirdə yarıçılpaq kişi peyda oldu - VİDEO

Tarix: 20 Iyul 2022 19:32

Amerikanın CNBC telekanalında Squawk Box adlı xəbərlər proqramın canlı yayımı zamanı alt paltarında olan naməlum kişi kadra düşüb.

Sonxeber.net bildirir ki, onunla çəkilmiş video Twitter-də yerləşdirilib və iki milyondan çox baxış toplayıb.

Aparıcı Endryu Ross Sorkin "Aureus Asset Management" investisiya şirkətinin rəhbəri Karen Fayrston ilə maliyyə bazarlarındakı vəziyyəti müzakirə edib. Bir anda Fayrston arxasında yarıçılpaq, mavi alt paltar geyinmiş bir kişi peyda oldu və qapıya doğru gedib. Aparıcı və qonaq baş verənləri şərh etməsələr də, Fayrston kişini görüb gülümsəyib.

"Heç olmasa alt paltar geyinir. Gəlin pozitiv düşünək", "Şortu interyerin rənginə uyğun gəlir", - sosial şəbəkə istifadəçiləri yazıb.

İrfan Vəliyev


Etiketlər:  Canlı yayım zamanı efirdə yarıçılpaq kişi peyda oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ