Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xocavənddə minalı ərazidəki yanğın söndürülüb - VİDEO

Xocavənddə minalı ərazidəki yanğın söndürülüb - VİDEO

Tarix: 21 Iyul 2022 15:02

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xocavənd rayonunun Günəşli kəndi istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazidə baş vermiş yanğın söndürülüb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri iştirak edib.

Milli.Az


Etiketlər:  Xocavənddə minalı ərazidəki yanğın söndürülüb VİDEO


RƏYLƏR