Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2022 16:24
NBC-nin "Qanun və qayda: Mütəşəkkil cinayətkarlıq" proqramının çəkiliş qrupunda çalışan 31 yaşlı kişi dayanacaqda güllələnərək öldürülüb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Nyu-York polisi məlumat verib.
Conni Pizarro adlı şəxs prodüser şirkəti üçün parkinq qaydalarına riayət olunması üzrə işə götürülüb. O, Bruklin ştatının Grinpoynt şəhərindəki Nort-Henri-stritdə avtomobildə oturarkən naməlum atıcı maşının qapısını açıb və ona atəş açıb. O, boyun və baş nahiyəsindən yaralanıb.
Atəş açan şəxs qaçıb, zərərçəkən isə təcili yardım maşını ilə ən yaxın xəstəxanaya çatdırılıb, lakin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda cinayətkar və onun motivləri ilə bağlı axtarış aparılır, həmçinin ərazidəki müşahidə kameralarının görüntüləri araşdırılır.