Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Körpəni piyada keçidində qaçırdılar - Anbaan VİDEO

Körpəni piyada keçidində qaçırdılar - Anbaan VİDEO

Tarix: 21 Iyul 2022 16:38

Rusiyada Tambov şəhərində kişi altı aylıq uşağı küçədə anasının itələdiyi uşaq arabasından çıxarıb oğurlayaraq, sonra körpə ilə birlikdə özünü maşının altına atıb.

Milli.Az bildirir ki, hadisənin videosunu SHOT Telegram kanalı yayıb.

Kadrlarda kişinin uşağı tutaraq onunla birlikdə işıqforda dayanan avtomobilə tərəf qaçması əks olunub. Onu yaxınlıqdakı avtomobillərdən gələn sürücülər mühasirəyə alıb. Hadisə şahidləri adamı döyərək, onun hərəkətinin səbəbinin izahını tələb ediblər.

Rusiya İstintaq Komitəsi bir şəxsə qarşı yetkinlik yaşına çatmayan uşağı öldürməyə cəhd maddəsi ilə cinayət işi açıb, idarənin regional şöbəsindən bildirilib. Şübhəlinin 51 yaşı var. O, səhhətinin vəziyyətini müəyyən etmək üçün psixoloji-psixiatrik ekspertizaya göndərilib.

Həkimlər uşağı müayinə edib, ona yumşaq toxumaların əzilməsi diaqnozu qoyub və evə buraxıblar.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Körpəni piyada keçidində qaçırdılar Anbaan VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ