Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peyvənd vurdurmadıqlarına görə bir ildən çoxdur ev dustağıdırlar

Peyvənd vurdurmadıqlarına görə bir ildən çoxdur ev dustağıdırlar

Tarix: 21 Iyul 2022 17:08

Mahelino Patelesio və dörd nəfərdən ibarət ailəsi COVID-19-a qarşı peyvənd olunmaqdan imtina etdikləri üçün bir ildən çoxdur ki, Tokelau adalarında (Yeni Zelandiya) ev dustaqlığında yaşayırlar.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, asayişi pozduqları üçün Nukunonu adasının şurası (taupuleqa) tərəfindən onlara ev dustaqlığı təyin edilib. Arxipelaqda həbsxanalar olmadığından və cinayətkarların Yeni Zelandiyaya daşınması baha başa gəldiyi üçün Tokelauda ev dustaqlığı adi bir təcrübədir.

"Bu kəndin qaydasıdır, bu adanı və icmanı idarə edən yerli şuranın qərarıdır. Tokelau qanunları var, lakin kəndin üzərində səlahiyyəti olan yerli şuramız da var", - deyə adanın administrasiyasının meneceri Asi Pasilio bildirib.


Etiketlər:  Peyvənd vurdurmadıqlarına görə ildən çoxdur dustağıdırlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ