Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəhşətli qəza - Qadın ''katok''un altında qaldı - VİDEO

Dəhşətli qəza - Qadın ''katok''un altında qaldı - VİDEO

Tarix: 22 Iyul 2022 19:02

Rusiyanın Kurqan bölgəsində çox tonluq qoşqulu treyler avtomobili idarə edən qadını əzib.

Milli.Az bildirir ki, hadisə anı SHOT Telegram kanalı tərəfindən yerləşdirilən videoya düşüb.

Hadisə iyulun 21-də İrtış şossesində baş verib. Qəzaya uğrayan avtomobilin videoregistratorundan olan görüntülərdə MAN yük maşınının bərkidicilərinin necə qopduğu görünür. Nəticədə konstruksiya qarşıdan gələn zolağa çıxıb, orada "Geely MK" markalı minik avtomobilini əzib, daha sonra "Qazel" və "Daewoo Matiz"ə çırpılıb.

Qəzanın nəticələrini əks etdirən kadrlarda "Geely" avtomobilinin tamamilə əzildiyi görünür. Kanalın məlumatına görə, onu idarə edən rusiyalı qadın yerindəcə dünyasını dəyişib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Dəhşətli qəza Qadın katokun altında qaldı VİDEO


RƏYLƏR