Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ziyarətçi restoranda dinozavrın ayaq izlərini tapıb

Ziyarətçi restoranda dinozavrın ayaq izlərini tapıb

Tarix: 23 Iyul 2022 18:02

Çinin Sıçuan əyalətinin Leşan şəhərindəki restoranlardan birində nahar edən şəxs həyətdə 100 milyon il əvvələ aid dinozavrın ayaq izlərini tapıb.

Milli.Az bildirir ki, bu barədə CNN məlumat yayıb.

Müəssisənin həyətindəki bir neçə daş çökəklikdə erkən təbaşir dövründə tapılmış dinozavr növü olan iki zavropodun ayaq izləri var idi. Ayaq izlərinin həqiqiliyini 3D skanerin köməyi ilə Çin Geologiya Elmləri Universitetinin dosenti, paleontoloq Lida Xing təsdiqləyib.

Zavropodlar uzun boyunları və quyruqları ilə fərqlənirdi. Bunlar planetdə indiyə qədər yaşamış ən böyük heyvanlar idi. Onların uzunluğu üç avtobusla müqayisə oluna bilərdi və çəkiləri o qədər böyük idi ki, onların altında yer silkələnirdi. Restoranın olduğu yerdə iz buraxan zavropodların uzunluğu təxminən səkkiz metrə çatıb.

Xing qeyd edib ki, şəhərdə qalıqlara nadir hallarda rast gəlinir. 

Restoranın açılışına qədər həmin yerdə toyuq ferması yerləşirdi. Sonra dinozavrların ayaq izləri palçıq və qum təbəqələrinin altında gizlənərək onları eroziyadan və pis hava şəraitindən qorudu. Müəssisə açılmazdan təxminən bir il əvvəl palçıq təmizləndi. Sahibi kobud daşların təbii görünüşünü bəyəndi, ona görə də onları toxunulmaz qoydu və sadəcə sementlə düzəltdi. Nəticədə dinozavrların ayaq izləri qorunub saxlanılıb.

İndi restoran sahibi insanların ayaq basmaması üçün zavropod izlərini hasara alıb və gələcəkdə onları qorumağa kömək edəcək sığınacaq tikməyi düşünür. O, həmçinin qeyd edib ki, indi camaat onun yanına elmi maraqla gəlir.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Ziyarətçi restoranda dinozavrın ayaq izlərini tapıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ