Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ və Fransa da Bakı deyəni deməli oldu - ermənilərə bəd xəbər

ABŞ və Fransa da Bakı deyəni deməli oldu - ermənilərə bəd xəbər

Tarix: 23 Iyul 2022 18:15

Brüssel, Vaşinton və Paris də Kremlin ardınca Minsk Qrupunun "kliniki ölümü" ilə barışır, əks halda, Tiflisdəki birbaşa dialoqun tərəfdarı kimi çıxış etməzdilər...

 

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel öz Twitter səhifəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Tiflis görüşünü alqışlayıb. Aİ rəsmisi yazıb:

"Bu, hərtərəfli həll yolunda mühüm addımdır. Avropa İttifaqı dinc, təhlükəsiz və firavan Cənubi Qafqazın tərəfdarıdır. Normallaşmaya və barışığa yalnız birbaşa dialoq vasitəsilə nail olmaq olar".

Oxşar fikirlər az sonra ABŞ və Fransadan da səslənib. "Birbaşa dialoq Azərbaycan və Ermənistan arasındakı fikir ayrılıqlarını həll etməyin ən etibarlı yoludur"- ABŞ dövlət katibi Entoni Blinken Twitter hesabında belə reaksiya verib.

Fransa Xarici İşlər Nazirliyinin saytında isə yerləşdirilən bəyanatda vurğulanır ki, Cənubi Qafqazda davamlı sülhə nail olmaq əzmində olan Fransa bu görüşü alqışlayır. Sitat: "Fransa Ermənistan və Azərbaycan arasında birbaşa dialoqun davam etdirilməsinə tərəfdar olduğunu bir daha bəyan edir və ümid edir ki, bu, iki ölkə münasibətlərinin normallaşması üçün əlverişli şərait yaradacaq".

Hər üç açıqlama o anlama gəlir ki, artıq AB, ABŞ və Fransa da Rusiyanın ardınca Minsk Qrupunun "ölümü" ilə barışır. Əks halda, Bakı və İrəvan arasında birbaşa dialoqun tərəfdarı kimi çıxış etməzdilər.

Ermənistan rəsmiləri isə yeri gəldi-gəlmədi, hələ də həmsədrlik institutunu reanimasiya etmək haqda danışırlar. Hətta Hindistanın İrəvana səfər etmiş baş diplomatı ilə görüşdə də Minsk Qrupunun bərpasını dilə gətirmişdilər. Lakin həmsədr ölkələrin bir araya gəlməsi mümkün görünmür. İndi İsə Tiflis görüşünə verilən reaksiyalardan aydın olur ki, tərəflər Brüssel platformasını dəstəkləyir, Minsk Qrupu artıq "gorbagor" olub.

Milli.Az


Etiketlər:  ABŞ Fransa Bakı deyəni deməli oldu ermənilərə bəd xəbər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ