Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Conni də keçmiş həyat yoldaşını məhkəməyə verdi

Conni də keçmiş həyat yoldaşını məhkəməyə verdi

Tarix: 24 Iyul 2022 10:38

Hollivud ulduzu Conni Depp keçmiş həyat yoldaşı aktrisa Ember Hörd ardından məhkəmə qərarından apellyasiya şikayəti verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyorun vəkilləri Conninin haqlı olduğuna və bu hökmün qüvvədə qalacağına əmin olduqlarını bildiriblər:

"Əgər xanım Hörd məhkəmə prosesini davam etdirməkdə qərarlıdırsa və hökmdən apellyasiya şikayəti veribsə, o zaman cənab Depp bütün müvafiq hüquqi məsələlərə baxılmasını təmin etmək üçün də apellyasiya şikayəti verəcək"

Xatırladaq ki, Emberin vəkilləri çoxsaylı pozuntuları əsas gətirərək nəticələrin ləğvini və yeni məhkəmənin təyin olunmasını istəyiblər.  

Qeyd edək ki, iyunun 2-də münsiflər heyətinin qərarı ilə Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.

Milli.Az


Etiketlər:  Conni keçmiş həyat yoldaşını məhkəməyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ