Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2022 13:52
Məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışına dair portal yaradılacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmətlərin elektronlaşdırılmasına dair görülmüş işlər və hədəflərlə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib və həmin mənzillərin satışından əldə edilən vəsait hesabında regionlarda mənzilə ehtiyacı olan şəxslər üçün evlər tikiləcək.