Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2022 08:36
Bakıda 10 yaşlı yeniyetməni avtomobil vurub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 2012-ci il təvəllüdlü Mürsəlov Yusif Vahid oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.