Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2022 08:42
Kriminal aləmdə Saşa Kuşner kimi tanınan "qanuni oğru" Aleksndr Kuşnerov saxlanılıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, 55 yaşlı kriminal avtoritet Minskdə Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən salanılıb.
O, Rusiyanın kriminal aləminin lideri Zaxari Kalaşovun (Şakro Molodoy) varisi adlandırılan "qanuni oğru" Badri Koquaşviliyə (Badri Kutaisski) sui-qəsd cəhdində şübhəli bilinir.
Qeyd edək ki, Aleksandr Kuşnerov Belarusun Qomel şəhərindəndir. O, ömrünün çox hissəsini dəmir barmaqlıqlar arxasında keçirib. "Qanuni oğru" statusunu isə 2011-ci ildə alıb. Saşa Kuşner İstanbulda qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Nadir Səlifova (Lotu Quli) yaxınlığı ilə bilinirdi.