Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Narkotikə görə qızımı və işimi itirəcəkdim''

''Narkotikə görə qızımı və işimi itirəcəkdim''

Tarix: 27 Iyul 2022 12:08

Britaniyalı supermodel Keyt Moss şəxsi həyatı ilə bağlı etirafı ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Desert Island Discs" radio verilişində qonaq olan model 2005-ci ildə narkotikdən istiadə etdiyi üçün karyerasını və qızını itirmək qorxusuyla üzləşdiyini bildirib:

"Mediaya qadağan edilmiş maddələrdən istifadə etməyim haqda şəkillər sızdırıldı. Bu fotolar ictimai narazılığa səbəb oldu və bəzi böyük moda evləri mənimlə müqavilələri ləğv etdi. Övladıma sosial qəyyumluq verilməsi məsələsi ortaya çıxdı. Narkotikə görə qızımı və işimi itirəcəkdim. Belə bir ictimai rezonans ədalətsiz idi. Tanıdığım hər kəs narkotik maddələrdən istifadə edirdi. Onların mənə qarşı olan diqqəti və qızımdan uzaqlaşdırılmağa can atmaq cəhdləri həqiqətən ikiüzlülük idi".

Qeyd edək ki, Moss "Forbes" jurnalında dünyanın ikinci top modeli elan edilib.

Milli.Az


Etiketlər:  Narkotikə görə qızımı işimi itirəcəkdim


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR