Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2019 12:32
Meksika futbolunun tanınmış simalarından olan Rafael Markes “Sevilya”nın oyunçusu Xavyer Ernandesin (Çiçarito) Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a vurduğu qoldan danışıb.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, cərimə zərbəsindən vurulan qolu belə şərh edib:
“Düşünürəm ki, Çiçarito “Sevilya”da özünə inam qazanıb. Bu baxımdan “Qarabağ”a vurduğu qol ona çox kömək edəcək. Qrup mərhələsində güclü mübarizə olur. Ümid edirəm ki, onlar mərhələ keçməyi bacaracaqlar. Çiçarito məni təəccübləndirməkdə davam edir. O, hər epizoddan qol vurmağı bacarır. Ona heyranam və ümid edirəm ki, belə də davam edəcək”.