Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qəbələ”dən qələbə ilə vida - YENİLƏNİB

“Qəbələ”dən qələbə ilə vida - YENİLƏNİB

Tarix: 28 Iyul 2022 22:02

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları davam edir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu matçlardan biri Qəbələ şəhər stadionunda baş tutub.

Ötən həftə Macarıstan "Fehervar"ına 1:4 hesabı ilə uduzan "Qəbələ" doğma azarkeşlər önünə çıxıb. Qarşılaşmanın fəal keçirən təmsilçimiz çoxsaylı qol epizodları əldə etsə də, yalnız 34-cü dəqiqədə Rövlan Muradovun qolu ilə hesabı açıb. Az sonra penaltini qaçıran qonaqlar isə fasilə ərəfəsində status-kvonu bərpa edib - 1:1.

Fasilədən sonra da daha üstün oyun göstərən Elmar Baxşıyevin yetirmələri istəyinə 73-cü dəqiqədə çatıb. Yeni klubunda ilk qolunu vuran Felipe Santos "Qəbələ"yə qələbə qazandırıb - 2:1. Lakin bu nəticə mərhələ adlamaq üçün yetərli olmayıb və Premyer Liqanın dördüncüsü avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, Konfrans Liqasındakı digər iki təmsilçimiz "Neftçi" və "Zirə" də hazırda cavab oyunlarını keçirir.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
20:00. "Qəbələ" (Azərbaycan) - "Fehervar" (Macarıstan) - 2:1
Qollar: 
Rövlan Muradov, 34, Felipe Santos, 73 - Budu Zivzivadze, 44
Baş hakim: Kristofer Yaqer (Avstriya)
"Qəbələ": 1. Səlahət Ağayev, 27. Məqsəd İsayev, 4. Ruan Renato, 2. İlkin Qırtımov, 5. İsnik Alimi, 6. Feras Abu Akal, 11. Asif Məmmədov (k), 23. Rafael Utziq, 7. Rövlan Muradov, 97. Felipe Santos, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 12. Rüfət Əhmədov, 14. Ülvi İsgəndərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev
Baş məşqçi: Elmar Baxşıyev
"Fehervar": 1. Daniel Kovaç, 11. Loik Neqo, 13. Artyom Şabanov, 22. Budu Zivzivadze, 5. Attila Fiola (k), 55. Marsel Heyster, 23. Pal Dardai, 8. Yevgeni Makarenko, 9. Stopira, 94. Klaudiu Bumba, 31. Nikola Serafimov
Ehtiyat oyunçular: 42. Emil Rokkov, 29. Zolt Kojnok, 65. Silvester Hanqya, 6. Peter Pokornı, 70. Funşo Bamqboyen, 7. İvan Petriak, 19. Kenan Kodro, 21. Ruben Pintu, 26. Mikael Luftner
Baş məşqçi: Mixael Boris
Qəbələ şəhər stadionu
İlk oyun - 1:4

20:52

"Qəbələ" bu gün növbəti avrokubok matçına çıxacaq. 

Azərbaycan Premyer Liqasının dördüncüsü Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirəcək.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Macarıstan "Fehervar"ı ilə görüşəcək. Səfərdə 1:4 hesabı ilə uduzan "qırmızı-qaralar" mərhələ adlamağa yalnız nəzəri şanslarını saxlayır.

Buna baxmayaraq, təmsilçimiz doğma azarkeşlər önündə yaxşı nəticə qazanmağa çalışacaq. Cəzalı Murad Musayev bu görüşdə komandasına kömək etməyəcək.

Qeyd edək ki, saat 20:00-da başlayacaq qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
28 iyul
20:00. "Qəbələ" (Azərbaycan) - "Fehervar" (Macarıstan) - 1:1
Qol: 
Rövlan Muradov, 34 - Budu Zivzivadze, 44
Baş hakim: Kristofer Yaqer (Avstriya)
"Qəbələ": 1. Səlahət Ağayev, 27. Məqsəd İsayev, 4. Ruan Renato, 2. İlkin Qırtımov, 5. İsnik Alimi, 6. Feras Abu Akal, 11. Asif Məmmədov (k), 23. Rafael Utziq, 7. Rövlan Muradov, 97. Felipe Santos, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 12. Rüfət Əhmədov, 14. Ülvi İsgəndərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev
Baş məşqçi: Elmar Baxşıyev
"Fehervar": 1. Daniel Kovaç, 11. Loik Neqo, 13. Artyom Şabanov, 22. Budu Zivzivadze, 5. Attila Fiola (k), 55. Marsel Heyster, 23. Pal Dardai, 8. Yevgeni Makarenko, 9. Stopira, 94. Klaudiu Bumba, 31. Nikola Serafimov
Ehtiyat oyunçular: 42. Emil Rokkov, 29. Zolt Kojnok, 65. Silvester Hanqya, 6. Peter Pokornı, 70. Funşo Bamqboyen, 7. İvan Petriak, 19. Kenan Kodro, 21. Ruben Pintu, 26. Mikael Luftner
Baş məşqçi: Mixael Boris
Qəbələ şəhər stadionu
İlk oyun - 1:4

19:17

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin bu gün keçiriləcək "Qəbələ" - "Fehervar" (Macarıstan) cavab matçı üçün heyətlər açıqlanıb.

Komandalar saat 20:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

"Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 4. Ruan Renato, 5. İsnik Alimi, 6. Feras Abu Akal, 7. Rövlan Muradov, 10. Omar Hani, 11. Asif Məmmədov, 23. Rafael Utziq, 27. Məqsəd İsayev, 97. Felipe Santos

Ehtiyat oyunçular: 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 12. Rüfət Əhmədov, 14. Ülvi İsgəndərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev

"Fehervar": 1. Daniel Kovaç, 5. Attila Fiola, 8. Yevgeni Makarenko, 9. Budu Zivzivadze, 11. Loik Neqo, 13. Artyom Şabanov, 22. Stopira, 23. Pal Darda, 31. Nikola Serafimov, 55. Marsel Heyster, 94. Klaudiu Bumba

Ehtiyat oyunçular: 42. Emil Rokkov, 6. Peter Pokornı, 7. İvan Petriak, 19. Kenan Kodro, 21. Ruben Pintu, 26. Mixael Lüftner, 29. Jolt Koynok, 65. Silvester Hanqya, 70. Funşo Bamqboye

Milli.Az


Etiketlər:  Qəbələdən qələbə ilə vida YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ