Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Amerikaya gedən Tolik xəstəxanaya düşdü

Amerikaya gedən Tolik xəstəxanaya düşdü

Tarix: 30 Iyul 2022 13:50

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) yay tətili üçün Amerikaya yollanıb. 

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, səfər zamanı Tolikin başına iş gəlib. Səhhətində problem taşanan T.Əlyev xəstəxanalıq olub. Bunla bağlı prodüser özü məlumat yayıb. 

"Həyatımda ilk dəfə sağlamlığımın önəmli olduğunu anladım. Xəstəxanaya getdim. Bura düşmə səbəbim Nyu-Yorkda şəkərimin yüksək olmasının ortaya çıxması oldu. Hospitalda mənə göstərilən isti qayğıya, həkim peşəkarığına görə,  5 saata yaxın yanımda olan Sevil xanıma təşəkkür edirəm. 15 gündür özümdə qəribə bir hal oldu. Yalan olmasın gündə 4, 5 litr su içirdim. Elə su içmək istəyirdim. Dilimin üstü yandırırdı, elə bil istiot vurublar. Bir az gəzirdim halsız olurdum. Burada ölçdülər və nəticədə..." deyə, Tolik paylaşımında qeyd edib. 


Etiketlər:  Amerikaya gedən Tolik xəstəxanaya düşdü


RƏYLƏR