Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2022 09:26
Pul hamımızın yaşamaq üçün lazım olan ehtiyaclarından biridir.
Bəs, pul cırılıb və yaxud da yararsız vəziyyətə düşübsə, nə etməliyik?
"Norma" hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev lent.az-a deyib ki, pul iki yerə bölünübsə belə bunu bərpa etmək olar:
"Pulunuz iki yerə cırılıbsa, heç olmasa 60 faizi əlinizdədirsə həmin pulun nominal dəyərini bərpa etmək mümkündür. Bunun üçün isə Mərkəzi Banka müraciət etmək lazımdır. Bank pulunuzun dəyərini qaytarır".