Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Futbol mənsiz öləcək''

''Futbol mənsiz öləcək''

Tarix: 31 Iyul 2022 11:38

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç sosial şəbəkədə azarkeşlərinin suallarını cavablandırıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, abunəçilərdən biri futbolçudan peşəkar karyerasını nə vaxt bitirəcəyini soruşub.

"Heç vaxt. Mənsiz futbol öləcək", - deyə İbrahimoviç cavab verib.

İsveçli hücumçu 2020-ci ildə "Milan"a qayıdıb. O, daha əvvəl 2010-2012-ci illərdə Milan komandasında çıxış edib.

İbrahimoviç "Milan"da İtaliya çempionu adını da qazanıb.

O, "Yuventus" (iki dəfə) və "İnter" (üç dəfə) ilə də eyni nailiyyət əldə edib.


Etiketlər:  Futbol mənsiz öləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ