Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2022 20:09
Rus ordusu Zaporojye vilayətinin Verxniy Tokmak və Çerniqovka qəsəbələrinin ərazisindən çıxarılır.
Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, iyulun 29-da Ukrayna ordusu rusların həmin ərazilərdə olan qüvvələrinə zərbələr endirib. Məhz bundan sonra Rusiya ordusu şəhsi heyət və texnikasını geri çəkib.
"Poloqa şəhərinə təxminən 40-a yaxın yaralı gətirilib. Çerniqovkadakı qoşunlar tamamilə çıxıb. Hazırda bu yaşayış məntəqəsinin ətrafında bir neçə blokpost və 100-ə qədər hərbçi var. Digər qüvvələr Tokmak və Berdyansk şəhərlərinə çəkiliblər", - məlumatda bildirilib.