Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fuad Muradov İstanbul valisi ilə görüşüb (FOTO)

Fuad Muradov İstanbul valisi ilə görüşüb (FOTO)

Tarix: 24 Sentyabr 2019 16:28

Bakı. Trend:

İstanbul valisi Ali Yerlikaya ilə görüşdə ikitərəfli maraq doğuran məsələlər, o cümlədən 1990-cı illərdə Türkiyə Respublikasına köçmüş və orada qeyri-rəsmi məskunlaşmış azərbaycanlıların problemləri ilə bağlı müzakirələr aparılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanın İstanbul şəhərindəki Baş konsulu Məsim Hacıyev, İstanbul şəhər Miqrasiya idarəsinin rəhbəri Recep Batu iştirak edib.

Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbul şəhərindəki qeyri-rəsmi məskunlaşmış azərbaycanlıların problemlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nəzarətində olduğunu və bununla əlaqədar hər iki ölkənin müvafiq dövlət qurumları, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısında konkret tapşırıqlar qoyduğunu bildirib.

Komitə sədri Bakıda keçirilmiş Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının protokolunda problemin həlli ilə bağlı vacib müddəaların əks olunduğunu xatırladıb. Sədr F.Muradov qeyd edib ki, məsələnin sürətli və səmərəli həllində sənədin imzalanması böyük əhəmiyyət kəsb edir.

İstanbul valisi Ali Yerlikaya problemin həlli istiqamətində bütün zəruri tədbirlərin həyata keçirilməsinə hazır olduqlarını qeyd edib.

A.Yerlikaya bu məsələdə Azərbaycan və Türkiyənin üzərinə düşən vəzifələrdən danışarkən Türkiyə ərazisində qeyri-rəsmi yaşayan azərbaycanlılar üçün verilən insani adlanan icazələrin şərtləri daxilində yanaşmağın indiki vəziyyətdə ən optimal həll variantı olduğunu qeyd edib.

Fuad Muradov İstanbul valisi ilə görüşüb (FOTO) Fuad Muradov İstanbul valisi ilə görüşüb (FOTO) Fuad Muradov İstanbul valisi ilə görüşüb (FOTO) Fuad Muradov İstanbul valisi ilə görüşüb (FOTO) Fuad Muradov İstanbul valisi ilə görüşüb (FOTO) Fuad Muradov İstanbul valisi ilə görüşüb (FOTO) Fuad Muradov İstanbul valisi ilə görüşüb (FOTO) Fuad Muradov İstanbul valisi ilə görüşüb (FOTO) Fuad Muradov İstanbul valisi ilə görüşüb (FOTO) Fuad Muradov İstanbul valisi ilə görüşüb (FOTO)


Etiketlər:  Fuad Muradov İstanbul valisi ilə görüşüb FOTO


RƏYLƏR