Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İki ölkəni qarşı-qarşıya qoyan Tayvan niyə önəmlidir?

İki ölkəni qarşı-qarşıya qoyan Tayvan niyə önəmlidir?

Tarix: 3 Avqust 2022 07:22

Xəbər verdiyimiz kimi, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri iki dünya gücünü qarşı-qarşıya qoyub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, "ABŞ və Çini üz-üzə qoyan Tayvanı vacib edən nədir?" sualı beynəlxalq gündəmə çevrilib.

Tayvanın ən mühüm xüsusiyyətlərindən biri iqtisadi gücüdür. Ümumi milli məhsulu 841 milyard dollar olan Tayvan texnoloji məhsullarda inanılmaz istehsal gücünə malikdir. 23 milyon əhalisi olan Tayvan gəlirinin 70 faizini ixracdan təmin edir.

Tayvanın ixracının 38,5%-ni elektron komponentlər, 34,8%-ni mikroçiplər, 13%-ni rabitə vasitələri və 8%-ni metallar təşkil edir. Dünyada mikroçiplərin üçdə ikisindən çoxunu istehsal edən Tayvan dünya iqtisadiyyatında mühüm rol oynayır.

Milli.Az


Etiketlər:  İki ölkəni qarşı qarşıya qoyan Tayvan niyə önəmlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ