Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2022 18:36
Aktrisa Ember Hördün nümayəndələri onun keçmiş əri Conni Deppin böhtanı ucbatından 50 milyon dollar maliyyə itkisinə məruz qaldığını iddia edirlər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə dərc olunan məhkəmə sənədlərində deyilir.
Aktrisanın müdafiəçiləri iddia edirlər ki, o, son 3-5 il ərzində 47-50 milyon dollar itirib.
Bundan əlavə, Hollivud ulduzunun vəkilləri qeyd ediblər ki, məhkəmədən əvvəl Hördün aktrisa kimi nüfuzu Qal Qadot, Zendaya, Ana de Armas kimi kino ulduzları ilə müqayisə oluna bilərdi. Halbuki indi bu, heç də belə deyil.