Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Netwoking Azerbaijan” Biznes Klubunun təşkilatçılığı növbəti tədbir keçirilib - FOTO

“Netwoking Azerbaijan” Biznes Klubunun təşkilatçılığı növbəti tədbir keçirilib - FOTO

Tarix: 3 Avqust 2022 19:34

Biznes klubundan Milli.az- a verilən məlumata görə, "PORT Wine and GRILL"-də baş tutan tədbirdə ölkənin biznes sahəsinin təmsilçilərini kiçik və orta sahibkarlıq subyektlərinin rəhbər və təmsilçiləri işirak edib."Netwoking Azerbaijan"-ın tərəfindən təşkil olunanan digər toplantılarda olduğu kimi, tədbirin əsas məqsədi sahibkarlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub.

Tədbir zamanı sahibkarlar, sərbəst mühitdə Azərbaycanın və dünyanın işgüzar aləmindəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşüb. Azərbaycanın biznes ekosisteminin çoxsaylı təmsilçilərinin iştirak etdiyi tədbirdə Baku Translation şirkətinin təsisçisi Orxan Hacıyev qonaqları giriş sözü ilə salamlayaraq,sahibkarlıq subyektlərinin rəhbərlərinin görüşərək işgüzar əlaqələr qurduğu və fəaliyyətlərində irəliləyişə səbəb olan əməkdaşlıq perspektivlərini müzakirə etdiyi belə tədbirlərin iqtisadi inkişafda  mühüm rol oynadığını qeyd edib.

"Networking Azerbaijan" biznes klubunun bütün tədbirlərində olduğu kimi, bu gecə də rahat ab-havada keçərək, iştirakçılarının yüksək əhval-ruhiyyəsini təmin edib.

Milli.Az


Etiketlər:  Netwoking Azerbaijan Biznes Klubunun təşkilatçılığı növbəti tədbir keçirilib FOTO


RƏYLƏR