Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2022 08:52
Rusiya Federasiyasının genişmiqyaslı hücumu başlayandan bəri ilk dəfə gəmi taxıl ixrac etmək üçün Ukrayna sahillərinə gedib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Bratçuk teleqram kanalında bildirib.
O, qeyd edib ki, gəmi iyulun son günü İskəndərun limanını tərk edib və avqustda Ukraynaya çatmalıdır. Bu, fevralın 24-dən Ukrayna limanlarında bloklanmayan, Ukrayna taxılının ixracına gedən ilk gəmisi olacaq", - Bratçuk qeyd edib.