Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fərid Qayıbov Azərbaycanın məşhur MMA döyüşçüsü ilə görüşüb

Fərid Qayıbov Azərbaycanın məşhur MMA döyüşçüsü ilə görüşüb

Tarix: 4 Avqust 2022 21:08

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyevi qəbul edib.

Nazirlikdən verilən məlumata görə, idmançını ölkəmizin bayrağı altında qazandığı ilk qələbəsi münasibətilə təbrik edən nazir onun bu uğurunun gənclər arasında MMA idman növünə marağı daha da artıracağına inandığını bildirib.

Xatırladaq ki, MMA döyüşçümüz Rafael Fiziyev ötən ay Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşündə braziliyalı Rafael dus Anyusa nokautla qalib gəlib. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsidir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Rafael Fiziyev Azərbaycanı təmsil etməkdən qürur duyduğunu bildirib və bundan sonrakı döyüşlərə hazırlığı barədə məlumat verib. Qeyd edək ki, sabah Rafael Fiziyevin media nümayəndələri ilə görüşü və idman azarkeşləri ilə imza sessiyası olacaq.


Etiketlər:  Fərid Qayıbov Azərbaycanın məşhur döyüşçüsü ilə görüşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ