Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2022 09:16
Şri-Lanka polisi bu ilin may ayında icazəsiz mitinq və etiraz aksiyalarının təşkili və həmin aksiyalarda iştiraka görə yerli müəllimlər həmkarlar ittifaqının sədri İosif Stalini həbs edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, həbsi zamanı Stalin polislə mübahisə etməyə çalışıb və etiraz etmək hüququnun demokratik hüquq olduğunu bəyan edib. Sovet rəhbərlərindən birinin adaşı müvəqqəti saxlama təcridxanasına göndərilib.
Qeyd edək ki, Stalinin iştirak etdiyi Şri Lankadakı etirazlar aprel ayında ölkə iqtisadiyyatını iflic vəziyyətinə salan görünməmiş maliyyə və iqtisadi böhran fonunda başlayıb. Ada dövlətində xarici valyuta, yanacaq, neft məhsulları, gübrələr, ərzaq və dərman qıtlığı yaşanır.