Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Evimi kirayə verib, o pulla filmin lentini tapdım”

“Evimi kirayə verib, o pulla filmin lentini tapdım”

Tarix: 5 Avqust 2022 16:55

Əməkdar İncəsənət xadimi Ayaz Salayev "Yarasa" filminin çəkilişlərindən danışıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, bu barədə "Onun sirri" proqramında açıqlama verib.

A. Salayev deyib ki, həmin ekran işinin çəkilişləri böyük əziyyətlə olub:

"Biz o filmi dəhşətli çətinliklə çəkdik. Həmin dövrdə ölkəmizdə kino istehsalı sıfır dərəcəsində idi. Azərbaycan kinostudiyasında direktor yox idi. Biri getmişdi, yenisi gəlməmişdi hələ. Nəqliyyat belə yox idi, qışda yollar buz bağlamışdı. Sankt-Peterburqda "Lennfilm" kinostudiyasının labaratoriyasında film aşkar edilirdi. O zaman lentlər itdi. Filmin prodüseri Saday Əhmədov idi. Mən o film üçün pul axtarırdım, artıq yuxlarımda da görürdüm, böyük stress keçirirdim, Saday müəllim vəsait ayırdı, filmi əziyyətlə çəkdik. Lakin lentlər itdi. Bunu Saday müəllimə demədik. Mən evimi iranlılara kriayə verib, həmin pulla gedib lentləri tapdım".

Milli.Az


Etiketlər:  Evimi kirayə verib o pulla filmin lentini tapdım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ