Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2022 17:25
"Qolos" yarışması ilə tanınan müğənni Cavid Məmmədov başına gələn hadisəni nəql edib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçi onu məclisə dəvət edən bir xanımın qəribə istəyi barədə danışıb.
İnstaqramda video paylaşan Cavid bildirib ki, məclis sahibi ondan milli mahnılarımızı ifa etməməsini istəyib:
"Az öncə bir xanımla telefon danışığımız oldu. Xanımla bütün dialoqumuz rus dilində getdi. O məni bir məclisə dəvət etdi. Dedi ki, azərbaycanca mahnılar olmasın. Birinci fikirləşdim ki, "qıjı" mahnıları nəzərdə tutur. Amma bütün musiqiləri nəzərdə tuturmuş. Mənə zəng edib bu sözü deməyin. Bununla şəxsiyyətimi və mənliyimi tapdalamış olursunuz. Müasirlik xarici mahnılara qulaq asmaqla olmur, təfəkkürlə olur. Guya, o mahnıların tərcüməsini bilirsiniz? Oğlan qızı aldadır, qız oğlana xəyanət edir. Siz də həmin mahnılara qulaq asıb, pafosla rəqs edirsiniz və deyirsiniz ki, müasir parti edirik. Edin, amma mənə zəng edib deməyin ki, Azərbaycan mahnıları olmasın. Bu mənim üçün təhqirdir".