Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azad edilmiş ərazilərdə bu məsələ ilə bağlı işçi qrup yaradıldı

Azad edilmiş ərazilərdə bu məsələ ilə bağlı işçi qrup yaradıldı

Tarix: 6 Avqust 2022 13:21

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı aşağıdakı tərkibdə əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, bu barədə baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncama əsasən İşçi Qrupun tərkibi aşağıdakı kimidir:

İşçi Qrupun rəhbəri

Azərbaycan Respublikasının energetika naziri

İşçi Qrupun üzvləri:
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin
birinci müavini
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin
sədr müavini
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

Energetika Nazirliyi İşçi Qrupun katibliyi funksiyasını yerinə yetirsin və rübdə 1 (bir) dəfədən az olmayaraq İşçi Qrupun görüşlərini təşkil edəcək.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Etiketlər:  Azad edilmiş ərazilərdə məsələ ilə bağlı işçi qrup yaradıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ