Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Tarix: 25 Sentyabr 2019 10:51

Bakı. Kəmalə Məmmədli - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 23-də 67,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,31 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel azdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan nefti ucuzlaşdı


RƏYLƏR