Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" 4 ulduz futbolçusunu məhkəməyə verməyə hazırlaşır - SƏBƏB

Tarix: 10 Avqust 2022 16:32

"Barselona" və 4 futbolçusu arasında vəziyyət gərgindir.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Mark-Andre ter Ştegen, Frenki de Yonq, Jerar Pike və Klemen Lenqleti məhkəməyə verə bilər. Səbəb isə bu futbolçuların klubun maliyyə çətinliklərini yüngülləşdirmək üçün iki il əvvəl imzaladıqları müqavilələrdir.

Belə ki, anlaşmaya əsasən, maaşlarının azaldılmasına razı olan sözügedən 4 futbolçuya müqavilə illərinin sonunda təxirə salınmış illik gəlirləri ödənilməlidir. Yeni müqavilələrin imzalanmasından bir həftə sonra isə prezident Xosep Bartomeu və klubun idarə heyəti istefa verib. Müqavilə yeniləmələri "Barselona"nın iqtisadi addımı olaraq qəbul edilsə də, İspaniyanın "SPORT" nəşri iddia edir ki, bu, uzunmüddətli perspektivdə Kataloniya klubuna əlavə 311 milyon avro (263 milyon funt sterlinq) maaş ödənişi olaraq başa gələ bilər.

Artıq 3 aydır ki, "Barselona" məsələnin həlli ilə bağlı araşdırmalar aparır. Futbolçular müqavilələri yeniləməsə, klub məhkəməyə müraciət etməli olacaq.

Milli.Az


Etiketlər:  Barselona 4 ulduz futbolçusunu məhkəməyə verməyə hazırlaşır SƏBƏB


RƏYLƏR