Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Avqust 2022 19:38
Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) V İslam Həmrəyliyi Oyunlarında daha bir görüşünü uğurla başa vurub.
Təmsilçimiz yarımfinalda özbəkistanlı rəqibini məğlub etməklə finala yüksəlib. İdmançı bu gün həlledici qarşılaşmada Mərakeş təmsilçisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, taekvondoçularımız indiyədək 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Belə ki, Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) və Həşim Məhəmmədov (58 kq) bürünc medallara yiyələniblər.